Bakı Ağır Cinayətlər Məhkəməsi polisi təhqir edən Türkiyə vətəndaşını sərbəst buraxıb

Bakı Ağır Cinayətlər Məhkəməsi polisi təhqir edən Türkiyə vətəndaşını sərbəst buraxıb
# 01 sentyabr 2016 10:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polisi təhqir etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Orxan Əbdülhəmid oğlu Alagözün ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin bildirib ki, Türkiyə tərəfi O. Alagözün ekstradisiyası ilə bağlı Azərbaycana müraciət edib.



Məhkəmə məsələni araşdırıb və müraciəti təmin etməyib. O, məhkəmə zalından azadlığa buraxılıb.


Qeyd edək ki, O. Alagöz Türkiyədə polisi təhqir etdiyi üçün axtarışda olub. O, Bakıda saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR