Xaçmazda beş hektar ərazi yanıb

Xaçmazda beş hektar ərazi yanıb
# 24 avqust 2016 15:23 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz rayonu ərazisində yanğın hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Aşağı Ləyər kəndində qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz və Qusar Dövlət Yağından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Ümumilikdə 4 hektar ərazidə quru kol-kos yanıb.


Daha bir yanğın isə rayonunun Həsənqala kəndində baş verib. Burda 1,5 hektar biçilmiş əkin sahəsi və 20 ədəd alma ağacı yanıb.

Hadisələrin baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR