SOCAR Türkiyəyə 18 mlrd. dollardan çox yatırım edib

SOCAR Türkiyəyə 18 mlrd. dollardan çox yatırım edib
# 21 dekabr 2023 16:17 (UTC +04:00)

SOCAR Türkiyəyə 18.2 milyard dollarlıq yatırım edib. Bu ölkəmiz üçün çox əhəmiyyətli bir investisiyadır.

APA-Economics” xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Nevzat Şatıroğlu deyib.

N.Şatıroğlu qeyd edib ki, həm işğaldan azad olunan ərazilərdə, həm də Naxçıvanda yaşıl enerji ilə bağlı müxtəlif layihələrin icrasına dəstək olacaqlar.

Nazir müavini 2023-cü ildə təməli qoyulan İğdır-Naxçıvan təbii qaz boru kəmərinin rolundan danışaraq qeyd edib ki, bununla Naxçıvanın enerji baxımdan təhlükəsizliyi artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR