Sumqayıtda maşın iki qadını vurub, onlardan biri ölüb

Sumqayıtda maşın iki qadını vurub, onlardan biri ölüb
# 01 sentyabr 2016 12:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 31-də saat 10 radələrində Sumqayıt şəhərində şəhər sakini Nazim Nağızadə idarə etdiyi “VAZ-21144” markalı avtomobillə yolu keçən həmyerliləri Elmira Dünyamalıyeva və Samirə Şirinovanı vurub.

Hər iki piyada, habelə N.Nağızadənin 1 sərnişini xəstəxanaya yerləşdirilib, E.Dünyamalıyeva orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR