ABŞ-da uşaqları qətlə yetirən şəxsin kimliyi məlum olub

ABŞ-da uşaqları qətlə yetirən şəxsin kimliyi məlum olub
# 27 fevral 2016 22:44 (UTC +04:00)

Bakı-APA. ABŞ polisi Vaşinqton ştatında uşaqları qətlə yetirən şəxsin kimliyini müəyyənləşdirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, qatil 51 yaşlı Devid Ueyn Kembeldir. Onun qonşusu Cek Piqottun sözlərinə görə, 5 ildir ki ailə həyatı qurmuş Devid Kembelin həyat yoldaşının əvvəlki nikahdan oğulluğa götürdüyü 2 oğlu və 1 qızı olub. Onun sözlərinə görə, oğlanlar Rusiyadan, qız isə Çindən olub.

Piqott, həmçinin, Devid Kembelin qızdırıcılar və kondisionerlərlə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, Devid Kembel bir müddət əvvəl məlum olmayan səbəbdən xəstəxanaya yerləşdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR