"Dəmirbank" aktivlərini 40% artırıb

"Dəmirbank" aktivlərini 40% artırıb
# 25 fevral 2016 13:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı il yanvarın 1-nə “Dəmirbank”ın aktivlərinin həcmi 588,938 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40,12% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 34,33% artaraq 428,091 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 220,121 mln. manat təşkil edib ki, bu da 2015-ci il yanvarın 1-nə olan göstəriciyə nisbətən 23,92% çoxdur.

Ötən il ərzində “Dəmirbank”ın ipoteka kreditlərinin həcmi 50,645 mln. manat olub ki, bu da 3,62% artım deməkdir və kreditlərin 43,011 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Hesabat dövründə bankın depozit portfeli 21,25% artaraq 239,210 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 193,232 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 10,22% çoxdur.

Bir il ərzində nizamnamə kapitalı dəyişməyərək 21 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 33 filialı, 58 bankomatı, 1057 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR