Abşeronda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Abşeronda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 09 mart 2016 07:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gecə Bakı-Şamaxı yolunda qeydə alınıb. Mayis Şıxəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Mehman Musayevin idarə etdiyi “VAZ 2106” markalı maşınla toqquşub. Nəticədə “VAZ 2106”nın sürücüsü və sərnişini, 1975-ci il təvəllüdlü Elnur İbrahimov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR