Xaçmazda 7 yaşlı uşağı maşın vurub

Xaçmazda 7 yaşlı uşağı maşın vurub
# 17 fevral 2016 10:47 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz şəhərində azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 7 yaşlı Xaçmaz rayon sakini Abbasov Məhəmməd Teyyub oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Xaçmaz MRX-dan verilən məlumata görə, hazırda azyaşlının vəziyyəti stabildir.

M.Abbasovun hansı vəziyyətdə və kim tərəfindən vurulması Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR