“Anglo Asian Mining” qiymətli metalların hasilatını artırıb

“Anglo Asian Mining” qiymətli metalların hasilatını artırıb
# 24 sentyabr 2014 07:41 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Anglo Asian Mining” şirkəti bu ilin 6 ayı ərzində qədər qızıl, gümüş və mis istehsalının həcmini açıqlayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə qiymətli metalların hasilatı artıb.

Bu müddət ərzində qızıl istehsalı 27,054 unsiya (2013-cü ilin eyni dövründə: 17,497 unsiya), gümüş istehsalı 21,924 unsiya (2013-cü ilin analoji dövründə: 10,661 unsiya) və mis hasilatı isə 646 ton (2013-cü ilin eyni dövründə: 285 ton) təşkil edib.

Məlumatda o da bildirilir ki, hesabat dövründə şirkətin gəliri 32,7 mln. dollar təşkil edib. Buna baxmayaraq, vergi ödənilməzdən əvvəl itkinin həcmi isə 7,5 mln. (Birinci yarımillikdə vergi ödənilməmişdən əvvəl gəlir 4,2 mln. dollar olub) dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR