“Bakıelektrikşəbəkə” “ASAN Xidmət” vasitəsi ilə bir sıra xidmət göstərəcək

“Bakıelektrikşəbəkə” “ASAN Xidmət” vasitəsi ilə bir sıra xidmət göstərəcək
# 03 iyul 2014 12:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakıelektrikşəbəkə” ASC şəffaflığın və operativliyin təmin edilməsi üçün əhaliyə bir sıra xidmətlərin verilməsini “ASAN Xidmət” vasitəsi ilə həyata keçirməyə başlayıb.

“Bakıelektrikşəbəkə”dən “APA-Economics”ə verilən məlumata görə, “ASAN Xidmət” vasitəsi ilə əhaliyə məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması, borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, abonent ödənişlərinin araşdırılması və borcun araşdırılması kimi xidmətlər göstəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR