“DEPA”nın özəlləşdirilməsi üzrə müsabiqənin nəticələri bu il élan olunacaq

“DEPA”nın özəlləşdirilməsi üzrə müsabiqənin nəticələri bu il élan olunacaq
# 02 mart 2013 10:48 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə “PİA-Novosti” agentliyinə müsahibəsində Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Simos Kedikoğlu bildirib.

Onun sözlərinə görə, martın sonuna kimi şort-listə daxil olunan şirkətlər yekun təkliflərini təqdim etməlidir.

S. Kedikoğlu ABŞ tərəfindən Yunanıstana təzyiqin olduğu barədə KİV-lərdə dərc edilən məlumatları təkzib edib. Bundan başqa o bəyan edib ki, ölkənin qaz şirkətlərinin özəlləşdirilməsi ilə Azərbaycanda Cənubi Avropaya qaz nəql edə biləcək Trans-Adriatik qaz boru kəməri (TAP) arasında heç bir əlaqə yoxdur.

Qeyd edək ki, Yunanıstanın qaz şirkətləri almağa Rusiyanın “Qazprom” və “Nequsneft” şirkətləri və Yunanıstanın «PPF»/«GEK TERNA» konsorsiumu və «M&M GasCo-Mytilineos-Motor Oil» şirkəti ilə yanaşı həmçinin Azərbaycan Dövlət Neft Şirkəti də iddialıdır. Bir sıra mütəxəssislərin fikrincə, TAP amili seçimdə Azərbaycan şirkətinin lehinə oynayacaq. Bundan əlavə bir sıra KİV-lər ABŞ tərəfindən Yunanıstana təzyiqin edilməsi barədə məlumatlar yayıb. Məlumatlarda ABŞ-ın Yunanıstanın qaz şəbəkəsinin Rusiyanın nəzarəti altına keçməsin ehtimalından narahatlığı yer alıb. Bu amil, yəni ABŞ-ın məsələyə baxışı ARDNŞ-ın tenderdən qalib çıxmaq ehtimalları artırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR