“Rosneft” və ARDNŞ arasında neft hasilatı və satışı üzrə müştərək müəssisə yaradılmasına dair razılıq əldə olunub

“Rosneft” və ARDNŞ arasında neft hasilatı və satışı üzrə müştərək müəssisə yaradılmasına dair razılıq əldə olunub
# 13 avqust 2013 18:55 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə aparılan danışıqların nəticələrinə həsr olunmuş mətbuat konfransında bəyan edib.

“Rusiya və Azərbaycan istehsalçı, enerji resurslarını ixrac edən dövlətlərdir. Bizim maraqlarımız bu sahədə üst-üstə düşür və regional enerji problematikasında fəal qarşılıqlı əlaqələr və səylərin əlaqələndirilməsindən çox şey asılı olacaq”, deyə prezident İlham Əliyev qeyd edib. O Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin artmasından məmnun olduğunu bildirib və həmçinin “əmtəə dövriyyəsinin strukturunun pozitiv olduğunu” qeyd edib.

Qeyd edək i, “Rosneft” və ARDNŞ arasında bu gün neft hasilatı və satışı üzrə paritet əsaslarla müştərək müəssisə yaratmaq barədə razılıq əldə olunub. Rusiyanın energetika naziri Aleksandr Novakın sözlərində görə, “50/50 əsasında müştərək müəssisə yaradılır. Bu müəssisənin Rusiya və Azərbaycan ərazisində yataqların birgə kəşfiyyatını və işlənməsini həyata keçirəcəyi ehtimal olunur”.

“Bundan başqa, müştərək müəssisə məhsulun marketinqini və neft məhsullarının nəqlini təmin edən müvafiq infrastrukturun birgə işlənməsini həyata keçirəcək”, deyə nazir qeyd edib.

Novak qeyd edib ki, bu gün yalnız çərçivə sazişinin imzalandığını qeyd edib. “Gələcəkdə şirkətlər neftin qarşılıqlı nəqli, alqı-satqısı, svop əməliyyatları və aktivlərin mübadiləsi variantlarını daha detallı işlənməsini təmin edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR