«BP Azerbaijan»ın yeni ofisi açılıb

«BP Azerbaijan»ın yeni ofisi açılıb
# 20 sentyabr 2013 14:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün «BP Azerbaijan» şirkəti Bakıda «BP Xəzər Mərkəzi» adlanan yeni ofisinə köçüb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ofis Neftçilər prospektində olan «Port Baku» kompleksində yerləşir.

Bu gün keçirilən açılışda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, müxtəlif dövlət qurumları və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.

Yeni ofis ən qabaqcıl texnologiyalar, o cümlədən BP-nin bütün uzaq məsafədə yerləşən dəniz və qurudakı obyektləri ilə birbaşa əlaqə yaratmağa imkan verən Qabaqcıl Birgə İş Mühiti (ACE) texnologiyası, habelə «TelePresence», təhlükəsiz çap etmə qurğuları, iclas otaqlarının elektron şəkildə sifariş edilməsi və «VoİP» (interter protokolu üzərindən səs) telefoniya ilə təchiz ediləcək.

Qeyd edilir ki, «BP Azerbaijan» şirkətinin heyəti artıq Bakının müxtəlif yerlərində olan əvvəlki ofislərindən «BP Xəzər Mərkəzi»nə köçməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR