«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
# 22 sentyabr 2014 13:40 (UTC +04:00)

Bakı - APA. «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb.

APA-nın xəbərinə görə, 20 sentyabr - Neftçilər Günündə işıq üzü görən 204 səhifəlik xüsusi buraxılış ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sənayesinin 20 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

20 ilə baxışı özündə əks etdirən xüsusi buraxılışın ayrı-ayrı səhifələrində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin «Əsrin müqaviləsi»nin dünənimiz, bu günümüz və gələcəyimizlə bağlı əhəmiyyətini özündə əks etdirən fikirləri yer alır. Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə «Neftçilər günü»nün təsis edilməsi, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara diqqətin bariz nümunəsidir.

Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2014-cü il tarixli «Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında», «Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında» sərəncamları, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Azərbaycanın neft sənayesi işçilərinə bayram təbriki və «Azərbaycanın möhtəşəm enerji strategiyası» adlı yazısı yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR