«Şahdəniz II» layihəsi çərçivəsində Azərbaycanda yeni qaz kəməri inşa olunacaq

«Şahdəniz II» layihəsi çərçivəsində Azərbaycanda yeni qaz kəməri inşa olunacaq
# 11 mart 2013 12:58 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi üzrə keçirilən ictimai dinləmələrdə məlumat verilib.

Bu işlər çərçivəsində yeni boru kəmərinin başlanğıcı Hacıqabula yaxın ərazidən başlayıb, Gürcüstanla sərhədə qədər təqribən 386 km uzanacaq. Daha sonra boru kəməri Gürcüstan ərazisinə də daha 56 km daxil olacaq. Bu nöqtədən başlayaraq yeni kəmər indiyədək mövcud kəmərə qoşulacaq.

Tədbirdə bildirilib ki, Azərbaycanda boru kəmərinin başlanğıcında yeni ərsinləmə stansiyası və 5 yeni bağlayıcı siyirtmə stansiyası yerləşəcək. Azərbaycanda ilkin tikinti işlərinə 2014-cü ilin ortalarında, əsas tikinti işlərinə isə 2015-ci ilin əvvəlində başlanacaq, 2017-ci ilin sonunda tamamlanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi gözlənilir.

Layihənin ətraf mühitə ən müxtəlif təsirləri qiymətləndirilib. Layihənin təsirinin azaldılması və ya faydalarının artırılması üçün ekologiya, landşaft, yerli əhalinin məşğulluğu, torpaq sahələrinin alınması, mədəni irs istiqamətlərində tədbirlər planlaşdırılıb.

Tikinti işlərində 1200-1500 nəfərin çalışacağı, layihənin 3 mlrd. dollara başa gələcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR