«Total» şirkətinin «Abşeron» yatağının işlənməsi layihəsi üzrə ictimaiyyətlə görüş keçirilib

«Total» şirkətinin «Abşeron» yatağının işlənməsi layihəsi üzrə ictimaiyyətlə görüş keçirilib
# 10 iyun 2013 14:32 (UTC +04:00)

Bakı – APA-Economics. «Total E&P Absheron B.V.» şirkəti tərəfindən «Abşeron» yatağının işlənməsi ləyahəsi üzrə həyata keçiriləcək Geofiziki və Geotexniki İşlərin Ətraf Mühitə və Sosial Sahəyə Təsirlərinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ARDNŞ-in Ekologiya İdarəsi tərəfindən hazırlanmış ilkin layihəsi üzrə ictimai rəyin öyrənilməsi, təklif və rəylərin yekun sənəddə nəzərə alınması üçün müzakirələrin aparılması məqsədi ilə Qaradağ rayonu Səngəçal qəsəbəsi Mədəniyyət Evində ictimai dinləmə keçirilib.

«APA-Economics»in məlumatına görə, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qaradağ rayon İcra Hakimiyyətinin, Səngəçal qəsəbəsi bələdiyyəsinin, ARDNŞ-in Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi Layihəsi Məsələləri üzrə Departamentinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüşdə «Total E&P Absheron B.V.» şirkəti, Ekologiya İdarəsi və «İqlim» şirkətinin nümayəndələri tərəfindən layihə barədə ətraflı məlumat verilib.

ƏMSSTQ sənədinin hazırlanması prosesində ərazidə ilkin vəziyyətin qiymətləndirilməsi üçün aparılmış tədqiqatlar, layihə sahəsinin flora və faunası, o cümlədən torpaq-bitki örtüyünün öyrənilməsi, layihə alternativlərinin müqayisəsi, geofiziki və geotexniki işlərin ətraf mühitə potensial təsirləri və onların yumşaldılması tədbirləri, həssas ərazilər və mədəni irsin tədqiqi, həmçinin sosial sahəyə təsirlərin qiymətləndirilməsi işləri üzrə təqdimatlar keçirilib. Görüş zamanı yerli icmaların və maraqlı tərəflərin ƏMSSTQ sənədi ilə əlaqədar sualları cavablandırılıb, layihə üzrə rəy və təkliflər dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR