"Anglo Asian Mining" qızıl istehsalını 9% azaldıb

"Anglo Asian Mining" qızıl istehsalını 9% azaldıb
# 17 yanvar 2017 13:53 (UTC +04:00)

"Anglo Asian Mining" əməliyyat şirkəti 2016-cı ilin IV rübündə Gədəbəy rayonunda yerləşən yataqlardan hasil edilən qızıl və gümüşün həcmi açıqlanıb.

"APA-Economics" şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, ötən ilin IV rübü və bütövlükdə il ərzində Gədəbəy yataqlarından hasil edilən gümüş və misin həcmi artıb, qızıl azalıb.

Bildirilir ki, şirkət tərəfindən ötən ilin son rübündə 15 483 unsiya qızıl hasil edilib. Bununla da ötən il istehsal olunan qızılın həcmi 65 534 unsiyaya çatıb. Bu, 2015-ci illə müqayisədə 9% azdır. Belə ki, 2015-ci ildə şirkət tərəfindən hasil edilən qızıl həcmi 72 032 unsiyaya bərabər olub.

Məlumata görə, hesabat dövründə 578 ton mis, 50 216 unsiya gümüş istehsal olunub. İl ərzində isə 165 131 unsiya gümüş, 1941 ton mis hasil olunub. Başqa sözlə, 2015-ci illə müqayisədə gümüş istehsalı 5,8 dəfə, mis istehsalı isə 2 dəfədən çox artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR