Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttində təhlükəsizlik kameraları quraşdırılacaq - VİDEO

 Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttində təhlükəsizlik kameraları quraşdırılacaq - <span style="color: red;">VİDEO
# 11 avqust 2015 09:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttində əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir.

Bunu “APA-Economics”ə Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin Enerji tranzit daşıyıcıları idarəsinin rəisi Reha Aykul Muradoğlu bildirib.

“Bakı-Tiflis-Ərzurum boru xəttində təhlükəsizlik kameraları quraşdırılacaq. Əlavə təhlükəsizlik tədbirləri, təbii ki, həyata keçirilir, amma bununla bağlı detallı şəkildə açıqlama verə bilmərəm”, - deyə R.Aykul bildirib.

Bakı-Tiflis-Ərzurum boru xəttində qazın nəqlinin bərpasına gəlincə, nazirlik rəsmisi bildirib ki, hal-hazırda partlayış baş verən hissədə boru xətinin təmir-bərpa işləri davam etdirilir. Onun sözlərinə görə qısa zamanda təmir işləri yekunlaşacaq.

Qeyd edək ki, avqustun 4-də Bakı-Tiflis-Ərzurum (Şahdəniz) təbii qaz kəmərinin Türkiyə ərazisində yerləşən Sarıkamış Yağbasan kəndindəki hissəsində PKK-nın hücumu nəticəsində partlayış baş verib və nəticədə bölgəyə mavi yanacağın nəqli dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR