Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sədr təyin olunub

 Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sədr təyin olunub
# 31 yanvar 2018 14:27 (UTC +04:00)

Samir Əli Hüseyn oğlu Axundov Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov 30 yanvar 2018-ci il tarixində bu təyinat barədə əmr imzalayıb.

Samir Axundov 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-1998-ci illərdə “İnformatika” elmi-istehsalat birliyində mühəndis və “Simko” Ticarət və Sənaye ASC-nin Energetika departamentində çalışıb. 1998-2018-ci illərdə "Siemens AG"-nin Azərbaycan nümayəndəliyinin enerji istehsalı və ötürülməsi departamentinin, daha sonra Nümayəndəliyin, "Siemens AG" Avstriyanın Azərbaycandakı Nümayəndəliyinin, "Siemens AG" Almaniyanın Azərbaycandakı filialının rəhbəri olub. “Alman- Azərbaycan” Biznes Assosiasiyasının sədri, “Alman-Azərbaycan” Ticarət Palatasının İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib. Samir Axundov energetika üzrə fəlsəfə doktorudur.

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR