SOCAR Vyanada keçiriləcək Avropa Qaz Konfransında iştirak edəcək

 SOCAR Vyanada keçiriləcək Avropa Qaz Konfransında iştirak edəcək
# 17 yanvar 2018 14:38 (UTC +04:00)

SOCAR rəsmisi yanvarın 29-31-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək XI Avropa Qaz Konfransında (European Gas Conference 2018) iştirak edəcək.

Bu barədə “APA-Economics”ə SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov məlumat verilib.

O bildirib ki, hazırda SOCAR XI Avropa Qaz Konfransı çərçivəsində görüş və müzakirə imkanlarını nəzərdən keçirir.

Energetika Nazirliyindən isə “APA-Economics”ə bildiriblər ki, nazirliyin nümayəndələri XI Avropa Qaz Konfransında iştirak etməyəcək.

Xatırladaq ki, yanvarın 29-31-də Avstriyanın paytaxtı Vyanada XI Avropa Qaz Konfransı keçiriləcək. 430-dan çox nümayəndənin iştirak edəcəyi konfransın məqsədi aparıcı enerji şirkətləri ilə hökumət dairələri arasında ümumavropa qaz siyasətinin istiqamətlərini müəyyənləşdirməkdir. Konfransda Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Cənub Qaz Dəhlizi” layihəsi və onun seqmentlərini təşkil edən TANAP, TAP qaz boru kəmərləri, Avropa qaz təchizatının şaxələndirilməsi və təhlükəsizliyi müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR