ARDNŞ-də Metanol İnstitutunun nümayəndəsi ilə görüş keçirilib

ARDNŞ-də Metanol İnstitutunun nümayəndəsi ilə görüş keçirilib
# 15 mart 2013 07:20 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Metanol İnstitutunun Asiya və Orta Şərq üzrə hökumət və ictimaiyyətlə əlaqələr direktoru Dom Lavin və Azərbaycan Metanol Şirkətinin («AzMeCo») biznes inkişafı üzrə meneceri Şahin Bayramovla görüşüb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, tərəflər bu sahədə görülən işlər, tətbiq olunan mexanizmlər, beynəlxalq təcrübə, neft sənayesinin müvafiq sahələrində istifadə perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı metanolun və onun törəmə məhsullarının təhlükəsiz istifadəsinin təmin edilməsi, eləcə də ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilməsinin zəruriliyi müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR