ARDNŞ: Azərbaycandan neft məhsullarının ixracının azalması daxili tələbatın artması ilə bağlıdır

ARDNŞ: Azərbaycandan neft məhsullarının ixracının azalması daxili tələbatın artması ilə bağlıdır
# 01 mart 2013 13:33 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, neft məhsullarına daxili tələbat hər il 13-14% artır: «Bu, inkişafın göstəricilərindən biri kimi sevindirici olsa da, Neft Şirkəti üçün sərfəli deyil, çünki ölkə daxilində neft məhsulları xaricdən qat-qat ucuzdur».

Xatırladaq ki, Azərbaycandan neft məhsullarının ixracı 2012-ci ildə 13,5% azalıb. Azalma bu il də davam edir - 2013-cü ilin ilk ayında neft məhsullarının ixracı ötən ilin eyni dövrünə nisbətən 14,2% aşağı düşüb.

Bununla yanaşı R.Abdullayev bildirib ki, ölkədən neft məhsullarının ixracının dayanması və ya daxili tələbatı təmin etmək üçün Azərbaycanın özünün xaricdən neft məhsulları almaq təhlükəsi yoxdur: «Biz bu məsələni araşdırıb müzakirə etmişik və qərara gəlmişik ki, 2020-ci ildə Azərbaycanda yeni neft-qaz kimya kompleksi işə düşənədək köhnə zavodlar ölkəni neft məhsulları ilə təmin edə biləcək».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR