ARDNŞ Qobustan Regional Təlim Mərkəzinə sənəd qəbulu elan edib

ARDNŞ Qobustan Regional Təlim Mərkəzinə sənəd qəbulu elan edib
# 15 sentyabr 2014 07:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. BP və onun tərəfdaşlarının maliyyələşdirdiyi Davamlı İnkişaf Təşəbbüsü çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinə 2014-2015-ci tədris ili üzrə (10 aylıq) təqaüdlü peşə təhsili üçün sənəd qəbulu elan edilib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, müsabiqədə iştirak etmək hüququna Səngəçal, Ümid, Əzimkənd, Qobustan və Sahil yaşayış məntəqələrində daimi qeydiyyatı olan və ya həmin ərazilərdə faktiki yaşayan vətəndaşlar, həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, orta ümumtəhsil məktəbini 2001-2014-cü illər ərzində bitirən, həqiqi hərbi xidmət keçmiş (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər malikdirlər.

Müraciətlər elektron formada www.socar.az saytında “Karyera-Təlim mərkəzinə sənəd qəbulu” bölməsində qəbul olunur. İddiaçılar tələb edilən sənədlər və qaydalar haqqında məlumatı “Qəbul qaydaları” bölməsindən oxuya, elektron müraciət formasını isə “Müraciət et” bölməsində doldura bilərlər. Müraciətlər bu ilin sentyabrın 22-dək qəbul ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR