ARDNŞ Rumıniyadakı yanacaq doldurma məntəqələrinin sayını 30-a çatdırıb

ARDNŞ Rumıniyadakı yanacaq doldurma məntəqələrinin sayını 30-a çatdırıb
# 17 sentyabr 2014 15:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Rumıniyanın Macarıstanla sərhədində yerləşən Arad şəhərində “SOCAR” brendi ilə fəaliyyət göstərəcək ilk yanacaq doldurma məntəqəsi açılıb.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, bununla da Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 30-a çatıb.

Açılış mərasimində ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin, Arad şəhər icra hakimiyyəti və yerli dövlət qurumlarının nümayəndələri iştirak edib.

Məntəqədə Benzin 95 və 98, Dizel Euro 5 və Dizel Super Euro 5 tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR