Avropada “Şahdəniz” qazına tələbat nəql imkanından 3 dəfə artıq olub

Avropada “Şahdəniz” qazına tələbat nəql imkanından 3 dəfə artıq olub
# 06 iyun 2013 16:13 (UTC +04:00)

Bakı. Əli Əhmədov-APA-Economics. “Şahdəniz” konsorsiumu Azərbaycan qazının Avropaya nəqli ilə bağlı avropalı alıcılarda danışıqları davam etdirir. Bu barədə jurnalistlərə BP-Azərbaycanın “Şahdəniz” yatağının işlənməsi üzrə vitse-prezidenti Əl Kuk bildirib. O, qaza təlabat və onun qiyməti ilə bağlı avropalı alıcılardan gələn təklifləri müsbət qiymətləndirib: «Biz Avropa daxilindəki alıcıların həm qaza olan tələbatının səviyyəsindən, həm də onların bizə verdiyi təkliflərdən müsbət mənada təəccüblənmişik».


Vitse-prezident bildirib ki, «Şahdəniz» Mərhələ 2 çərçivəsində Avropaya ildə 10 mlrd kubmetr qaz nəql edilməsi planlaşdırılsa da, ilkin tələbat bundan 3 dəfə artıq olub: «Biz ilkin təklifləri alanda onlar ildə 30 mlrd kub metrdən artıq idi».

Vitse-prezident bildirib ki, bu təkliflər qazın ixrac marşrutunun seçimində istifadə olunacaq: «Bunun nəticəsində Nabucco West layihəsində və TAP dəhlizində ən dəyərli təklifləri seçəcəyik. Bu, bizim Avropa ölkələrində 10 mlrd kubmetr qazın alıcılarını seçməyimizə imkan verəcək».

Ə. Kuk bildirib ki, qazın ixrac marşrutu seçiləndən sonra avropalı alıcılarla qazın satışı ilə bağlı 20-30 illik müqavilə bağlanacaq. Bu zaman qazın qiyməti alıcıların təkliflərindən asılı olacaq: «Biz alıcılarımızın etdiyi hər növ müraciətə açığıq və danışıqları həm «Şahdənz»in, həm də Avropadakı alıcılarımızın maraqlarına əsaslanaraq aparırırıq».

BP nümaynədəsi arasında seçim aparılacaq layihələr Nabucco və TAP arasında fərqləndirmə aparmayıb: «Hər iki layihədən – Nabucco West və TAP layihələrindən real təkliflər almışıq. Biz təkliflərin keyfiyyətindən razıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR