Azərbaycan 4 mlrd. dollarlıq 4 qazma qurğusu inşa edəcək

Azərbaycan 4 mlrd. dollarlıq 4 qazma qurğusu inşa edəcək
# 26 noyabr 2012 15:03 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan yarımdalma qazma qurğusunun inşasına hazırlaşır. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, ilk yarımdalma qazma qurğusu 2014-cü ildə hazır olacaq: «Boş qazma qurğularının olmaması «Abşeron» və «Naxçıvan» yataqlarında kəşfiyyat işlərinin aparılmasını ləngidir».

Qeyd edək ki, ümumiyyətlə ARDNŞ 4 ədəd analoji qurğunun tikintisini planlaşdırır və tikintinin ümumi həcmi 4 mlrd. ABŞ dolları təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR