Azərbaycan ixracının 85%-ni xam neft təşkil edir

Azərbaycan ixracının 85%-ni xam neft təşkil edir
# 28 mart 2013 13:05 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən iki ay ərzində ölkədən ixracın həcmi 4 183 838,64 min ABŞ dolları təşkil edib ki, bunun 3 538 865,48 min dollarını və ya 84,58%-ni xam neft, 189 086,03 min dollarını və ya 4,52%-ni neft məhsulları, 188 868,16 min dolarını və ya 4,51%-ni isə təbii qaz təşkil edib. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə təbii qazın ixracı 68,21%, xam neft ixracı 1,37% artıb, neft məhsullarının ixracı isə 12,88% azalıb.

İxracda payına görə sonrakı yerləri bitki və heyvan mənşəli yağlar tutur (47 461,64 min dollar və ya ümumi ixracda 1,13%), şəkər (34 320,94 min dollar və ya 0,82%), qara metallar və ondan hazırlanan məmulatlar (18 803,20 min dollar və ya 0,45%), meyvə-tərəvəz (14 616,97 min dollar və ya 0,35%), alüminium və ondan hazırlanan məmulatlar (13 514,72 min dollar və ya 0,32%) tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR