Azərbaycan magistral neft kəmərləri ilə nəqletməni artırıb

Azərbaycan magistral neft kəmərləri ilə nəqletməni artırıb
# 17 fevral 2015 10:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 3,9 mln. ton neft nəql edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 5,4% çoxdur.

Belə ki, nəqletmənin 78,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 3,1 mln. ton neft ötürülüb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 6,9% çoxdur.

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 0,6 min ton tranzit Türkmənistan nefti nəql edilib.

Ötən ay Azərbaycanın magistral qaz kəmərləri ilə 2,3 mlrd. kubmetr qaz nəql edilib. Bu da ötən ilin ilk ayı ilə müqayisədə eynidir. Nəql edilmiş qazın 27,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 636,8 mln. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR