Azərbaycan ötən ay BTC kəməri ilə neftin nəqlini 8% artırıb

Azərbaycan ötən ay BTC kəməri ilə neftin nəqlini 8% artırıb
# 08 iyul 2014 07:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 343 834 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% çoxdur.


Bu ilin yanvar-iyun aylarında bu kəmərlə 14 543 140 ton neft ötürülüb ki, bu da 2013-cü ilin yanvar-iyun aylarına nisbətdə 4,2% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il iyul ayının 1-ə qədər BTC-yə 249 684 733 ton neft vurulub. Bundan başqa, bu ilin iyun ayında BTC kəməri ilə ümumilikdə 11,5% çox və ya 301 587 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR