Azərbaycan prezidenti “Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib - FOTOSESSİYA

Azərbaycan prezidenti “Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 09 fevral 2015 09:37 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da Bakının Xətai rayonu ərazisində yeni inşa olunmuş 110/35/6 kV-luq “Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.

APA-Economics”in məlumatına görə, “Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev “Ağ şəhər-1” yarımstansiyası, həmçinin yeni inşa edilən digər 110 kV-luq “Həzi Aslanov”, “Kürdəxanı”, elecə də 35 kV-luq 7 elektrik yarımstansiyası barədə Prezident İlham Əliyevə məlumat verib.

Dövlət başçısı dispetçer idarəetmə mərkəzindən “Ağ şəhər-1” yarımstansiyanı işə salıb.

Prezident İlham Əliyev yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR