Azərbaycan qızıl istehsalını 40% artırıb

Azərbaycan qızıl istehsalını 40% artırıb
# 15 may 2015 12:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 697,9 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin dörd ayı ilə müqayisədə 39,1% çoxdur. Nəticədə bu ilin may ayının 1-nə 49,6 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-aprel ayları ərzində ölkədə 25,3 kq gümüş istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,1% azdır. Nəticədə bu ilin mayın 1-nə 5,1 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR