Azərbaycan Ukrayna zavoduna 85 min tona yaxın neft təhvil verib

Azərbaycan Ukrayna zavoduna 85 min tona yaxın neft təhvil verib
# 23 yanvar 2018 14:57 (UTC +04:00)

Ukraynanın Kremençuq neft emalı zavodu üçün göndərilən 84,841 min ton Azərbaycan neftinin Odessa limanında boşaldılması prosesi yekunlaşıb.

 

APA-Economics”in Ukraynanın “Enkorr” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Dəniz Limanları Administrasiyasının mətbuat xidmətindən məlumat verilib: "Ənənəvi olaraq Azərbaycan nefti ilə dolu tanker Gürcüstanın Supsa limanından gəlib".

 

Qeyd edək ki, 2016-cı ilin sonunda “Ukrtatnafta” şirkəti SOCAR ilə Kremençuq neft emalı zavodunda emal olunması üçün illik olaraq 1,3 mln. ton Azərbaycan neftin çatdırılması ilə bağlı müqavilə imzalayıb. 2017-ci ilin nəticələrinə əsasən, bu müqavilə sayəsində Ukrayna 960 min ton Azərbaycan nefti idxal edib.

 

“Ukrtatnafta” şirkətinin hesablamalarına görə, Azərbaycan neftinin tədarükü sayəsində 2017-ci ildə zavodun xammal emalı 41%-dən çox artacağı gözlənilirdi: "Ötən il emal 8 faiz artaraq 2,3 milyon tona qədər artıb".

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR