Azərbaycan və İran arasında enerji sektorunda əməkdaşlığın mövcud vəziyyəti və mümkün perspektivlərini müzakirə edib - FOTOSESSİYA

Azərbaycan və İran arasında enerji sektorunda əməkdaşlığın mövcud vəziyyəti və mümkün perspektivlərini müzakirə edib - <span style="color: red;">FOTOSESSİYA
# 05 avqust 2015 14:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayevin başçılığı ilə İranda səfərdə olan nümayəndə heyəti İranın Neft Naziri Bijən Namdar Zəngənə ilə görüşüb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, şirkətin Qaz İxrac İdarəsinin rəis müavini Kamal Abbasov və SOCAR-ın İrandakı nümayəndəliyinin direktoru Oqtay Sadıqzadə olublar.

Görüşdə Azərbaycan və İran arasında enerji sektorunda əməkdaşlığın mövcud vəziyyəti və mümkün perspektivləri müzakirə edilib. Azərbaycanla İran arasında qaz mübadiləsinə dair svop müqaviləsinin uzun müddətdir ki, vaxtı-vaxtında yerinə yetirildiyi qeyd olunub.

Tərəflər qarşılıqlı əlverişli şərtlərlə karbohidrogenlərin nəqli istiqamətində əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR