Azərbaycan yanvar-iyul aylarında 5 mln. kubmetrdən çox təbii qaz ixrac edib

Azərbaycan yanvar-iyul aylarında 5 mln. kubmetrdən çox təbii qaz ixrac edib
# 15 avqust 2015 07:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-iyul ayları üçün təbii qaz, qaz kondensatı və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-iyul aylarında sayğac göstəriciləri əsasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1 mln. 302 min 485,57 kubmetr qaz kondensatı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,87% çoxdur.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 5 mln. 226 min 322,07 kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin yeddi ayı ilə müqayisədə 7,57% çoxdur.

Yanvar-iyul aylarında 167 min 898,22 min kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 25,28% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR