Azərbaycanda avtomobil istehsalı 5,4 dəfə artıb

Azərbaycanda avtomobil istehsalı 5,4 dəfə artıb
# 15 sentyabr 2014 14:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı müəssisələri tərəfindən 244,6 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalında 4,4% azalma, avtomobil və qoşquların istehsalında 91,1%, nəqliyyat vasitələrinin istehsalında isə 3,5 dəfə artım müşahidə olunub.

Belə ki, bu ilin 8 ayında Azərbaycanda 1 771 ədəd minik avtomobili istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 dəfə çoxdur. Nəticədə bu ilin sentyabrın 1-nə 311 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu müddət ərzində ölkədə 180 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 22,4% artım deməkdir. Bu il ərzində ölkədə kotan istehsalı 22,2% artaraq 655 ədəd, traktor istehsalı isə 2 dəfə artaraq 874 ədəd təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR