Azərbaycanda istehlakçılara göndərilən neft məhsullarının həcmi artıb

Azərbaycanda istehlakçılara göndərilən neft məhsullarının həcmi artıb
# 22 avqust 2013 09:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında istehlakçılara (ixrac da daxil olmaqla) 3 906,7 min ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çox neft məhsulları göndərilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onun 34,9%-ni dizel yanacağı, 20,2%-ni avtomobil benzini, 10,2%-ni aviasiya üçün ağ neft, 4,7%-ni neft bitumu, 3,9%-ni maye qaz, 3,4%-ni mazut yanacağı, 0,7%-ni sürtkü yağları, 22,0%-ni isə digər məhsullar təşkil edib.

Bu ilin ilk yeddi ayında neft məhsullarının 75,7%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 24,3%-i isə ixrac olunub.

Bu ilin yanvar-iyul aylarında ölkə istehlakçılarına 2 956,5 min ton və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,0% çox neft emalı məhsulları göndərilib. Mazut yanacağı və sürtkü yağları istisna olmaqla neft məhsullarının göndərilməsi artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR