Azərbaycanda limit daxilində təbii qazdan əvəzsiz olaraq 250-yə yaxın dini məbəd istifadə edir

Azərbaycanda limit daxilində təbii qazdan əvəzsiz olaraq 250-yə yaxın dini məbəd istifadə edir
# 08 sentyabr 2014 14:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi 2013-cü ildə dini məbəd və ziyarət yerlərinin istifadə etdiyi təbii qazın orta illik sərfiyyatını araşdırıb.

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayevin “APA-Economics”ə verdiyi məlumata görə, hər bir dini məbədin orta illik qaz sərfiyyatı 1 953 kubmetr təşkil edib.

Qurum rəsmisi xatırladıb ki, dini məbədlərin hər birində istifadə olunan qaza 5 000 kubmetr limit tətbiq olunur.

“Bu çərçivədə həmin limitdən istifadə edən ziyarət və ibadət yerlərinin sayı bu ilin sentyabrın 1-nə 244-ə çatıb. İlin əvvəlində dini qurum kimi dövlət qeydiyyatında olan ziyarət, məscid və məbədlərin sayı 127 olub”, - deyə o əlavə edib.

Qeyd edək ki, keçən ilin dekabr ayında Azərbaycan prezidentinin qərarına əsasən məscid və digər konfessiyalara məxsus dini məbədlərə ayrılmış limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR