Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 1,520 mln-a çatıb

Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 1,520 mln-a çatıb
# 13 mart 2013 07:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2013-cü il martın 1-nə təbii qazla təmin olunan abonentlərin sayı 1 519 986-ya çatıb ki, bunların da 1 501 467-si əhali, 18 519-u isə qeyri-əhali abonentidir. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, həmin abonentlərin 672 011-i Bakı şəhəri (662 313 əhali, 9 698 qeyri-əhali abonenti), 847 975-i isə regionların (839 154 əhali, 8 821 qeyri-əhali abonenti) payına düşür.

Ümumilikdə, 1 519 813 abonent (99,99%) sayğaclaşdırılıb ki, bunun da 1 501 294-ü əhali (99,99%), 18 519-u qeyri-əhali (100%) istehlakçılarıdır. Bakı şəhəri üzrə 662 197 əhali abonenti (99,98%), 9 698 qeyri-əhali abonenti (100%), regionlar üzrə isə 839 097 əhali abonenti (99,99%) və 8 821 qeyri-əhali abonenti (100%) sayğaclaşdırılıb.

Ümumilikdə isə Bakı şəhəri üzrə cəmi 671 895 abonent (100%), regionlar üzrə isə 847 918 abonent (100%) sayğaclaşdırılıb.


Martın 1-nə olan məlumata görə, əhali abonentlərinin mənzillərində təxminən 674 min smart-kart tipli sayğac quraşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR