Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycanda sənaye istehsalı artıb
# 21 avqust 2013 07:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu. APA-Economics. Bu ilin yanvar-iyul aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 19,6 mlrd. manat təşkil edərək əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 0,4% üstələyib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft bölməsində 3,4%-lik artım, neft bölməsində isə 0,3%-lik geriləmə müşahidə olunub. Sənaye məhsulunun 74,2%-i mədənçıxarma, 19,9%-i emal, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,0%-ni təşkil edib. Ümumi istehsalın 93,1%-i sənaye mallarının (əmtəələrin) istehsalı, 6,9%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR