Azərbaycanda təbii qaz istehsalı 5% artıb

Azərbaycanda təbii qaz istehsalı 5% artıb
# 16 sentyabr 2014 07:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 28 674,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% azdır. Bunun 28 552,3 min tonu əmtəəlik xam neftdir ki, onun da istehsalı son bir il ərzində 2% azalıb. Nəticədə, bu ilin sentyabrın 1-nə 216,6 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin səkkiz ayı ərzində ölkədə 20 163,4 mln. kubmetr təbii qaz istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 5,4% çoxdur. Təbii qaz istehsalının 12 272,6 mln. kubmetri əmtəəlik təbii qaz təşkil edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 5,2% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR