Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 6,4% azalıb

Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 6,4% azalıb
# 19 iyun 2018 09:48 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 26 mln. 511,4 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında qeyd olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə elektrik enerjisinin ixracı məbləğ baxımından 1 mln. 813,2 min dollar və ya 6,4% azalıb.

Qeyd edək ki, ötən ilin ilk beş ayında Azərbaycandan Gürcüstana 28 mln. 324,6 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR