Azərbaycanın sənaye sektorunda məhsul istehsalı 0,4% azalıb

Azərbaycanın sənaye sektorunda məhsul istehsalı 0,4% azalıb
# 16 mart 2013 08:34 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, məhsulun 4,3 mlrd. manatı və ya 75,3%-i mədənçıxarma bölməsində istehsal olunub. Sənayenin emal bölməsində iki ay ərzində 1 027,5 mln. manatlıq və ya 15,5% çox sənaye məhsulu istehsal olunub. Bölmədə qida məhsulları istehsalı 2,2%, içki istehsalı 10,1%, tütün məmulatları istehsalı 62,3%, toxuculuq sənayesi məhsulları istehsalı 0,4%, dəri, dəri məmulatları və ayaqqabı istehsalı 2 dəfə, kağız və karton istehsalı 5,2%, poliqrafiya fəaliyyəti 87,9%, neft məhsulları istehsalı 20,5%, kimya sənayesi məhsulları istehsalı 6,1%, əczaçılıq məhsulları istehsalı 2 dəfə, rezin və plastmas məmulatları istehsalı 13,5%, tikinti materialları istehsalı 55,2%, kompüter və digər elektron avadanlıqları istehsalı 2 dəfə, elektrik avadanlıqları istehsalı 43%, avtomobil və qoşquların istehsalı 7,3%, sair nəqliyyat vasitələri istehsalı 52,4%, mebel istehsalı 3,6 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 4,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri 11,5% artıb.


Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,9% artıb, neft-qaz
sektorunda isə 1,4% azalıb.


«İki ay ərzində sənaye sahəsində istehsal olunmuş məhsulun 99,9%-i istehlakçılara göndərilib. Bununla belə, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 314,7 mln. manatlıq hazır məhsul olub və bu həcm əvvəlki ayla müqayisədə 2,5 mln. manat azalıb», - deyə Komitədən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR