Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansiyalarının açılışı olub - YENİLƏNİB

Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansiyalarının açılışı olub - <span style="color: red;">YENİLƏNİB
# 17 yanvar 2018 08:48 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev həmin obyektlərin rəmzi açılışını bildirən lenti kəsib.

“Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlər barədə dövlət başçısına məlumat verib.

Sonra prezident İlham Əliyevə Bakı Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin yenidən qurulan 110/35/10 kilovoltluq “Yasamal-1” yarımstansiyası barədə məlumat verilib. Bildirilib ki, yeni inşa olunan yaşayış binalarının artan güc tələbatını ödəmək, perspektiv inkişafa uyğun olaraq digər istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Yasamal-1” yarımstansiyası tamamilə yenidən qurularaq gücü iki dəfədən çox artırılıb. “Yasamal-1” yarımstansiyası dövlət əhəmiyyətli obyektlər də daxil olmaqla Yasamal rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edir.

Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə 110 kilovoltluq “Yasamal-1” yarımstansiyasını işə salıb.

Sonra dövlət başçısına 35/10-6 kilovoltluq 120 saylı və Qobu qəsəbəsi ərazisində yeni inşa edilən 110/35/10 kilovoltluq “Qobu” yarımstansiyaları barədə məlumat verilib.

Prezident İlham Əliyevə məlumat verilib ki, Qobu qəsəbəsinin ərazisində ilk dəfə 110 kilovoltluq yeni yarımstansiya inşa edilib. Yeni inşa edilmiş “Qobu” yarımstansiyasından çəkiləcək 35 kilovoltluq elektrik verilişi xətləri vasitəsilə “502” və “Hökməli” yarımstansiyalarının elektrik təchizatı təmin ediləcək.

Dövlət başçısına “Azərişıq”ın elektrik təchizatı sxemi, 110 kilovoltluq “Bayramzadə” yarımstansiyası, Külək Elektrik Parkı və digər yenidənqurma layihələri barədə də məlumat verilib.

Bakı Paylayıcı Şəbəkəsinin inzibati binası və yeni yarımstansiyalarla tanış olan prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

*** 10.29

Prezident İlham Əliyev yanvarın 17-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Xətai rayonunda yerləşən Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının, 220 saylı yarımstansiyasının, 110 kV-luq “Yasamal 1” yarımstansiyasının, 110 kV-luq “Qobu” yarımstansiyasının və 120 saylı yarımstansiyanın açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib.

“Azərişıq” ASC-nin sədri Baba Rzayev prezident İlham Əliyevə inzibati bina və yarımstansiyalar haqqında məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR