Bakının 2 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının 2 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 21 avqust 2013 07:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu. APA-Economics. Bakının Sabunçu və Səbail rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 21-də saat 19:00-dək “Bakıxanov” ölçü qovşağında, saat 10:00-dan isə “1-ci QTM”-dən qidalanan 219 mm-lik aşağı təzyiqli yeraltı qaz xəttində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə, Səbail rayonunun Ü.Hacıbəyov, S.Vurğun, Z.Əliyeva və R.Rza küçələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR