Bu gün iki rayonda qaz olmayacaq

Bu gün iki rayonda qaz olmayacaq
# 05 avqust 2013 07:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Salyan və Beyləqan rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar “Allahyarlı” Qazpaylayıcı Stansiyasından qidalanan Xocavənd, Yeni Xocavənd, Tuğ və Qarabağlı kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərlərində, saat 12:00-dan 15:00-dək isə “Səlyan-əhali” ölçü qovşağıda təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Salyan rayonunun bir hissəsinə və Beyləqan rayonunun adları çəkilən yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR