Bu il “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 16,4 mln. ton neft hasil edilib

Bu il “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 16,4 mln. ton neft hasil edilib
# 06 avqust 2013 15:20 (UTC +04:00)

«BP-Azerbaijan» şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bütün il üçün AÇG əməliyyatlarına 758 mln. dollar əməliyyat məsrəfləri və 2,51 mlrd. dollar əsaslı məsrəflər xərclənəcəyi gözlənilir.

Cari ilin yanvar-iyun aylarında AÇG-nin “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri” və “Dərinsulu Günəşli” platformalarından birlikdə gündə orta hesabla 672 min barel və ya ümumilikdə altı ay ərzində 122 mln. barel, yəni 16,4 mln. ton neft hasil edilib.

İkinci rübün sonunda şirkət ümumilikdə AÇG-də 72 hasilat quyusu və 31 injektor quyusu istismardadır.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 35,78%), Azərbaycan Dövlət Neft Şirkəti (11,65%), «Chevron» (11,27%), «Inpex» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%), «ONGC Videsh Limited» (2,72%) şirkətləri iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR