Bu ilin sonunadək Azərbaycan sementə olan tələbatını daxili istehsal hesabına tam ödəyəcək

Bu ilin sonunadək Azərbaycan sementə olan tələbatını daxili istehsal hesabına tam ödəyəcək
# 11 iyul 2014 13:44 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, son dövrdə yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bir sıra məhsullar üzrə idxaldan asılılıq azalıb, tələbatın yerli istehsal hesabına ödənilməsi artıb: “Ölkədə yerli xammal hesabına daxili tələbatı ödəyəcək həcmdə bir sıra tikinti materialları, o cümlədən sement istehsal edən zavodlar istismara verilib ki, bunun da nəticəsində tikinti materiallarının istehsalı 16,8%, sement istehsalı isə 39,0% artıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR