Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə ilk bonus ödənilib

Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə ilk bonus ödənilib
# 30 yanvar 2018 13:05 (UTC +04:00)

Yanvarın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 mln. ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, bu saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən ARDNF-ə ümumilikdə 3,6 mlrd. ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR