Əfqanıstanın neft və təbii ehtiyatlar naziri Azərbaycana gəlir

Əfqanıstanın neft və təbii ehtiyatlar naziri Azərbaycana gəlir
# 03 sentyabr 2013 10:31 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA-Economics. Bu gün Əfqanıstanın neft və təbii ehtiyatlar naziri Vahidulla Şahrani Azərbaycana səfər edəcək.

Əfqanıstanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, qonaq Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR