Gəncə, Lənkəran və Hacıqabulun qaz təchizatında məhdudiyyətlər olacaq

Gəncə, Lənkəran və Hacıqabulun qaz təchizatında məhdudiyyətlər olacaq
# 27 avqust 2013 09:07 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 27-də «Gəncə», saat 13:00-dən 17:00-dək «Avrora» qazpaylayıcı stansiyaları, saat 12:00-dən 16:00-dək isə «Hacıqabul-2» QPS-dən qidalanan «Cihazlar zavodu» ölçü qovşağında qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Gəncə şəhərinin Xətai prospekti və ətraf ərazilər, Lənkəran rayonunun Burcəli və Hirkan qəsəbələri, eləcə də Hacıqabul rayonunun bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR